Prezident Sədaqət Qəhrəmanovaya orden verdi
Sədaqət Məmmədyar qızı Qəhrəmanova 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Müvafiq sərəncamı fevralın 28-də prezident İlham Əliyev imzalayıb.
S.Qəhrəmanova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə mükafatlandırılıb.
Qeyd edək ki, S.Qəhrəmanova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinidir. 1995-2005-ci illərdə Əli Bayramlı (indiki Şirvan - red.) Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Martın 1-də Sədaqət Qəhrəmanovanın 70 yaşı tamam olacaq.
Mənbə:> Oxu.Az