Novruz çərşənbələrinin vaxtı açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Novruz çərşənbələrinin vaxtı açıqlandı

Novruz çərşənbələrinin vaxtı açıqlandı

2019-cu ildə Azərbaycanda Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər məlum olub.

Virtualaz.org AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, ilk olaraq, fevralın 26-da Su çərşənbəsi olacaq. Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, sonuncu - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.

Bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşməsi baş verəcək.

Qeyd edək ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 martda istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *