Bahar Azərbaycana sabah gələcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bahar Azərbaycana sabah gələcək

Bahar Azərbaycana sabah gələcək


2016-cı ildə bahar Azərbaycana martın 20-də Bakı vaxtı ilə 08:30-da qədəm qoyacaq.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Oxu.Az-a bildiriblər.

Qeyd olunub ki, buna görə də həmin gün Novruz bayramı hesab olunacaq.

Martın 20-də də gecə və gündüz bərabərləşəcək.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınır. Həmin andan başlayaraq şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il 20, 21, 22, 23 və 24 mart tarixləri Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 2016-cı ildə Novruz bayramı günlərində 20 mart tarixi bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdirilərək 25 mart qeyri-iş günü olacaq.

26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən Novruz bayramında 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günü olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *