Tələbələrə internet və mobil telefon qadağan edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Tələbələrə internet və mobil telefon qadağan edildi TÜRKMƏNİSTANDA

Tələbələrə internet və mobil telefon qadağan edildi

Türkmənistanda ali məktəb tələbələrindən qış tətilində ədəb qaydalarına uyğun davranış haqqında yazılı iltizam alınıb.

Virtualaz.org bildirir ki, bu barədə “Radio Azattık” müəllim və tələbələrə istinadən məlumat yayıb.

Tələbələr bildiriblər ki, tətilə çıxmamışdan öncə onlarla müvafiq söhbətlər aparılıb və yazılı iltizam alınıb. Konkret olaraq tələbələrə mobil telefonla danışmaq, internetdən istifadə etmək, toylara, habelə qonaq getmək və yaşadıqları kənd və qəsəbələri tərk etmək qadağan olunub.

Tələbələrə həmçinin evə yalnız qatar, təyyarə və dövlət müəssisələrinə məxsus avtobuslarla getmək tövsiyə olunub. Tətildən sonra onlar oxuduqları ali məktəbin dekanlığına biletlərin sürətini təqdim etməlidirlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *