“Azərbaycan Tələbə Kartı” yeni variantda təqdim olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil, Video

“Azərbaycan Tələbə Kartı” yeni variantda təqdim olundu – VİDEO

“Azərbaycan Tələbə Kartı” yeni variantda təqdim olundu


Bu gün 2012-ci ildən bəri tələbələrə paylanılan “Azərbaycan Tələbə Kartı”nın yeni variantının təqdimat mərasimi keçirilib.

Oxu.Az məlumat verir ki, tədbirdə Gənclər və idman naziri Azad Rəhimov, millət vəkili Fuad Muradov, eləcə də digər dövlət və biznes qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 2012-ci ildən etibarən indiyədək 195 mindən çox “Azərbaycan Tələbə Kartı” hazırlanaraq tələbələrə paylanılıb.

Nazir onu da bildirib ki, tələbələr kartın təqdim etdiyi güzəştlərdən həm ölkə daxilində, həm də xaricdə istifadə edə bilərlər. Bu isə tələbələrə böyük dəstəkdir. “Tələbələrimiz Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edir və böyük uğurlar qazanırlar. Onlar Azərbaycanda keçirilən mühüm tədbirlərdə, o cümlədən I Avropa Oyunlarında, Formula-1 Avropa Qran-prisində, 42-ci Ümumdünya Şahmat Olimpiadasında könüllü kimi fəal iştirak ediblər. Bu, bizi çox sevindirir. Ona görə də biz Təhsil Nazirliyi ilə birlikdə istəyirik ki, tələbələr yeni kartdan faydalana bilsinlər. Bu kart gələcəkdə tələbələrə daha çox imkanlar açacaq”, - deyə A.Rəhimov vurğulayıb.

Məlumat üçün qeyd edək ki, kartın içində mikroçip yerləşdirilib. Bu da kart sahibinə Avropanın 37 ölkəsində 80 mindən çox, Azərbaycanda isə 200-dən artıq obyektdə 5 faizdən 55 faizədək endirimlər təklif edir. Kartdan səyahət zamanı hotellər və hostellər sifariş etməkdə, ekskursiyalar və turlarda, qatar, avtobus, hava və su nəqliyyatından istifadə zamanı, mağazalarda (kitab, idman, palat və digər), iaşə obyektlərində, müxtəlif xidmətlərdə (sığorta, abunə servisi, bələdçi) istifadə etmək mümkündür.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *