İtaliyada pensiya yaşı azaldıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İtaliyada pensiya yaşı azaldıldı

İtaliyada pensiya yaşı azaldıldı

İtaliya hökuməti əhalinin sosial təminatı haqqında yeni qanunu təsdiqləyib. Yeni qanun özəl sektor üçün apreldə, dövlət strukturları üçün avqustda qüvvəyə minəcək.

Virtualaz.org RTVi-yə istinadən xəbər verir ki, bundan sonra İtaliyada pensiya yaşı “100 kvotası” qaydası üzrə hesablanacaq. Yəni pensiya yaşı ilə əmək stajının cəmi 100 olmalıdır. Tutaq ki, əmək stajı 38 il olan şəxs 62 yaşında pensiyaya çıxa bilər. Yaş artdıqca əmək stajı tələbi də, müvafiq olaraq, azalır.

Hazırda İtaliyada pensiya yaşı 67-dir. Bu qayda 2011-ci ildə maliyyə böhranı ilə əlaqədar tətbiq edilmişdi. Hökumət hesab edir ki, insanlar pensiyaya nə qədər tez çıxsalar, işsizlər üçün bir o qədər çox iş yeri açılar.

Yeri gəlmişkən, yeni qanuna əsasən, işsizlik müavinətinin minimal həddi bir nəfər üçün 780, ailə üçün 1032 avro müəyyən edilib. Lakin bu halda işsizlər ixtisasdəyişmə kursları keçməli və ölkənin istənilən nöqtəsində mövcud vakansiya ilə razılaşmalıdırlar. Şəxsi evi olan işsizlər üçün müavinəıtin məbləği daha az olacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *