Hakimlərin və prokurorların pensiyaya çıxmaq üçün iş stajının müddəti artırılacaq
Azərbaycanda hakimlərin və prokurorların pensiya yaşı artırılır.
AzNews.info-nun Report-a istinadən verdiyi xəbərinə görə, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinə əsasən, hakimlərin pensiyaya çıxmaq üçün iş stajının müddəti 5 ildən 15 ilə, prokurorların pensiyaya çıxmaq üçün iş stajı müddəti isə 25 ildən 35 ilə qaldırılır.
Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
Mənbə:> Report