Bakı-Şamaxı-Yevlax yolunda sürət həddi niyə artırılmır? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakı-Şamaxı-Yevlax yolunda sürət həddi niyə artırılmır?

Bakı-Şamaxı-Yevlax yolunda sürət həddi niyə artırılmır?

Ölkədə əksər magistrallarda sürət həddi 110 km/saat olsa da, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bu hədd saatda 60-90 km müəyyənləşdirilib.

Yəni avtomobil yolunun genişləndirilməsi və 4 hərəkət zolaqlı olmasına baxmayaraq, sürət həddi əvvəlki kimi saxlanılıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev bunu Bakı-Şamaxı-Yevlax avtomobil yolunun relyefi ilə əlaqələndirib: "Ölkə ərazisindəki avtomobil yollarında sürət həddi həmin əraziyə uyğun müəyyən edilir. Bakı-Şamaxı-Yevlax avtomobil yolu bir neçə yaşayış məntəqəsindən keçir. Bu baxımdan hərəkət təhlükəsizliyini təmin etmək üçün həmin ərazilərdə sürət həddi 60-90 km/saat olaraq müəyyənləşdirilib. Eyni zamanda relyef də nəzərə alınır. Bu yolda bir neçə aşırım mövcuddur".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *