Bakı yollarında sürət həddi azaldıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakı yollarında sürət həddi azaldıldı

Bakı yollarında sürət həddi azaldıldı



Bakıda müşahidə edilən intensiv yağışla əlaqədar müəyyən avtomobil yollarında maksimal sürət məhdudiyyəti azaldılıb.

Aznews.info xəbər verir ki, “Report”un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən əldə etdiyi məlumata görə, sürət həddinin azaldılması ilə əlaqədar elektron tablolarda da dəyişiklik edilib.

Hazırda “Koroğlu” metro stansiyasından başlayaraq Buzovna qəsəbəsinə qədər, həmçinin Heydər Əliyev Hava Limanından başlayaraq “Nargilə” kafesinədək (Zığ şosesi) yollarda hərəkət sürəti aşağı salınıb.

“Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb - 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib. Sürət həddinin azaldılmasına səbəb hava şəraitinin pisləşməsidir”, - deyə NİİM-dən bildirilib.

Əlavə edilib ki, hava şəraiti normallaşacağı təqdirdə, yollarda hərəkət sürəti əvvəlki həddə çatdırılacaq.

Qeyd edək ki, aşağı hərəkət sürəti olan yerlərdə dəyişiklik edilməyib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *