Ölümlə nəticələnən qəza törətməkdə ittiham olunan polis əməkdaşı danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Ölümlə nəticələnən qəza törətməkdə ittiham olunan polis əməkdaşı danışdı

Ölümlə nəticələnən qəza törətməkdə ittiham olunan polis əməkdaşı danışdı

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunan polis əməkdaşı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı Sabir Abdinov ittiham aktını elan elan edib. Təqsirləndirilən X.Məmmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini deyib.

Əvvəlcə qəzada dünyasını dəyişənlərin ailə üzvlərinə baş sağlığı verən X.Məmmədov ifadəsində avtomobili idarə edərkən sürət həddini aşmadığını, hadisə yerindən qaçmadığını göstərib: “Qarşıdan gələn "Mercedes" markalı avtomobil qəfildən mənim yoluma çıxdı və avtomobilimi vurdu. And olsun Allaha ki, maşını saxlamaq imkanım yox idi. Məni yolumdan vurub çıxardı, avtomobilim dərəyə düşdü. Maşın yanırdı, özümü güclə çıxarıb o maşına tərəf qaçdım. Fikirləşdim ki, birdən o da yanar. Dərhal təcili tibbi yardıma zəng vurdum. O biri maşından rəhmətliklərin meyitlərini çıxarmışam. Sonra polisə zəng vurmuşam, hadisənin baş verdiyini demişəm”.

Təqsirləndirilən şəxs istintaqın qərəzli aparıldığını məhkəmənin diqqətinə çatdırıb. İfadəsində həmin şəxslərin məhkəməyə çağırılıb dindirilməsini xahiş edib. O, həmçinin bu günə qədər nümunəvi polis olduğunu, Binəqədidə yanan binada sakinləri xilas etdiyini də vurğulayıb.

Ölümlə nəticələnən qəza törətməkdə ittiham olunan polis əməkdaşı danışdı


Qəza zamanı dünyasını dəyişən Orxanın anası təqsirləndirilən şəxsin dediklərinə etiraz edib və bildirib ki, onlarla heç kim maraqlanmayıb. Xəyal Məmmədov isə deyib ki, indi də, azadlığa çıxdıqdan sonra da hər iki şəxsin ailəsinə oğulluq edəcək: "Ay ana, görəcəksiniz mən sizə necə oğulluq edəcəm. Allaha and olsun ki, bu işdə mənim günahım yoxdur".

Məhkəmə prosesi yanvarın 30-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində dünyalarını dəyişiblər. Məlum olub ki, qəza baş verən zaman "Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *