Hava şəraiti nə vaxt normallaşacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Hava şəraiti nə vaxt normallaşacaq?

Hava şəraiti nə vaxt normallaşacaq?

Yanvarın 18-dən 19-na keçən gecə hava bir qədər ayaz olacaq. Bu səbəbdən dağlıq ərazilərdə yağıntılar kəsilsə də, havanın hərarəti daha da enəcək.

Virtualaz.org bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.

O bildirib ki, yanvarın 18-dən sonra növbəti iki-üç gün ərzində ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi və mülayimləşəcəyi gözlənilir.

U.Tağıyevanın sözlərinə görə, yanvarın 19-21-də havanın hərarəti tədricən iqlim normasına yaxınlaşacaq və mülayim küləklər əsəcək. Hələlik isə...

Axşam saatlarından başlayaraq, Bakının bəzi ərazilərinə qar yağmağa başlayıb.

Qarın güclü küləklə sovrulması nəticəsində çovqun da özünü göstərir.

Azərbaycanın rayonlarına da güclü qar yağır. Hazırda Oğuz, Qusar və digər rayonlara yağan qarın hündürlüyü 10 santimetrə çatıb.

Bu saatlarda küləyin sürəti də artıb. Rəsmi məlumata görə, bəzi məqamlarda küləyin sürəti 43 m/saniyəyə çatır ki, bu da Bakı üçün xarakterik deyil.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *