Fevralın 23-nə olan hava proqnozu açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Fevralın 23-nə olan hava proqnozu açıqlandı

Fevralın 23-nə olan hava proqnozu açıqlandı


Fevralın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Oxu.Az-a verilən məlumata əsasən, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək, havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.

Yollar buz bağlayacaq.

Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu mərkəzi Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Fevralın 23-dən başlayaraq ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, gündüz saatlarından etibarən temperaturun tədricən yüksələcəyi gözlənilir.

Bakı və Abşeron yarımadasında bu axşamdan külək mülayimləşəcək, sabahdan bütün ölkə ərazisində yağıntılar tədricən kəsiləcək. Ancaq gecə şaxtalı hava şəraiti hələ davam edəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *