Masazırda “Mitsubishi” polis maşınının qapısını əzdi – VİDEO
Abşeron rayonunun Masazır dairəsində “Mitsubishi” markalı avtomobil YPX maşının qapısını sındıraraq qəza yaradıb.
Videogörüntülərdən göründüyü kimi, “Mitsubishi” markalı avtomobil hərəkət vəziyyətində olmayan 99 YP 177 nömrəli YPX avtomobilinin yanından keçərkən polis əməkdaşı ehtiyatsız davranaraq qapını açıb. Nəticədə “Mitsubishi” polis maşınının qapısını əzib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev faktla bağlı Oxu.Az-a açıqlama verib.
Onun sözlərinə görə, hadisə ayın 12-də Masazır qəsəbəsi ərazisində qeydə alınıb:
“Sözügedən hadisə günorta saat 15:30 radələrində Masazır qəsəbəsində baş verib. Faktla bağlı hazırda Abşeron rayon polis şöbəsində araşdırma aparılır”.
Mənbə:> Oxu.Az