Şimalda çaylarımız quruyur – VİDEO
Şimal-qərb bölgəsindən havaların son zamanlar yağıntılı keçməsi bölgə insanını hələ sevindirməyə bəs etmir. Bu yağıntılar ötən ilki quraqlıq təhlükəsini hələ də sovuşdurmur. Regionun ən iri və ən bol sulu çayları qurumaq təhlükəsindədir.
ANS TV-nin məlumatına görə, şimal-qərb bölgəsində mənbəyini Böyük Qafqaz sıra dağlarından götürən çaylarda suyun səviyyəsi demək olar yarıbayarı azalıb. Bölgə ərazisindən axan və dağıdıcı gücünə görə MDB məkanında Qazaxıstandakı Almatinka çayından sonra ikinci yerdə olan Şinçay, eləcə də Kiş çayda bol sululuqdan əsər-əlamət qalmayıb.
Hər zaman daşqınları ilə sakinləri səksəkədə saxlayan bu çaylar olan indi ensiz arxları xatırladır. Kiş çayında vəziyyətin daha acınacaqlı həddə çatdığı deyilir.
Şəki suvarma sistemləri idarəsinin rəisi Fərahim Qarayevin sözlərinə görə, ən gur sululuğu olan Şinçayda 2014-cü ildə əgər bu dövrlə müqayisə etsək saniyədə 1500 litr axırdısa, ini 1000 litrə enib: “İndi Kiş çayında isə keçən il saniyədə 400 litr su axırdısa, indi 200 litrə enib”.
Bölgədə gur sulu çaylardan sayılan Zəyzidçay və Güncütçay isə tamamilə quruyub. Son 50-60 ildə bu hala təsadüf edilməyib.
Ərazi Hidrometrologiya İdarəsindən çaylarda su ehtiyatının azalmasına son illər orta illik temperaturun artmasının səbəb olduğunu deyirlər.
Keçən il qış aylarında yağıntının normadan aşağı olması səbəbindəın dağlarda qar və buz ehtiyatı yaranmayıb. Bu isə gur sulu çaylarda belə suyun yarıbayarı azalmasına gətirib çıxarıb.
"Hardasa ilin bu fəslində orda orta sululuq göstərici 2-3 kub metrdir. Hazırda orada heç bir kub metrdən də aşağıdır”, – deyə Şəki Regional Hidrometeorologiya müəssisənin direktoru Ramiz Məmmədov qeyd edib.
Vəziyyətin ciddiliyini nəzərə alaraq, yay aylarında istər içməli, istərsə texniki su qıtlığının qarşısını almaq üçün tədbirlər görülür. Bu məqsədlə Şəkidə 14 subartezian quyusunun qazılması planlaşdırılır.
Mənbə:> ANSPRESS