Amerikalıların 16 faizi ABŞ-ı birdəfəlik tərk etmək istəyir
Amerikalıların 16 faizi ABŞ-ı birdəfəlik tərk edərək daimi yaşamaq üçün başqa ölkələrə köçmək istəyir.
“Gallup” analitik və ictimai rəy mərkəzinin apardığı sorğu belə bir nəticəni ortaya çıxarıb. Sorğunun nəticələrinə əsasən, ABŞ-ı tərk etmək istəyənlərin əksəriyyəti yaşı 30-dan az olanlardır və onların sırasında qadınlar çoxluq təşkil edir.
Emiqrasiya etmək istəyənlərin 26 faizi daimi yaşayış üçün Kanadanı seçiblər.
Virtualaz.org xatırladır ki, budəfəki nəticə illərdir aparılan oxşar sorğular içərisində ən rekord göstərici olub. Sosioloqların fikrincə, ABŞ vətəndaşlarının 16 faizinin ölkədən birdəfəlik getmək istəyinin səbəbi Donald Trampın hakmiyyətə gəlməsidir. Kiçik Corc Buşun prezidentliyi dövründə bu göstərici 11%, Barak Obama zamanı isə 10% olub.
Mənbə:> Virtualaz.org