Bakı bulvarında bir nəfər dənizə düşüb
Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.
Əlavə məlumat veriləcək.
Mənbə:> Oxu.Az