Bakı bulvarında bayram konserti » AzNews.info -Xəbər portalı

Bakı bulvarında bayram konserti – FOTO

Bakı bulvarında bayram konserti


Dənizkənarı Bulvar İdarəsi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ərəfəsində yeni layihəyə start verib.

Dənizkənarı Bulvar İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Televiziyası ilə birlikdə həyata keçirilən layihə çərçivəsində ilk konsert bu gün baş tutub.

Kukla teatrının arxasında yerləşən meydanda “Yeni il gəlir” adlı bayram proqramı təqdim olunub. Tədbirdə Azərbaycan Televiziyasının solistləri, estrada müğənniləri çıxış ediblər.

Konsertin məhz dekabrın 29-da keçirilməsi təsadüfi deyil. Dekabrın 29-u Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümüdür. Layihə il ərzində davam edəcək.

Bakı bulvarında bayram konserti
Bakı bulvarında bayram konserti
Bakı bulvarında bayram konserti
Bakı bulvarında bayram konserti
Bakı bulvarında bayram konserti
Bakı bulvarında bayram konserti
Bakı bulvarında bayram konserti

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *