Hava şəraiti ilə əlaqədar respublikanın əsas yollarındakı son vəziyyət
Dekabrın 28-dən 29-na keçən gecə ölkə ərazisində müşahidə olunan yağıntılı və nisbətən soyuq hava şəraiti nəticəsində dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, hazırda Şamaxı-Pirqulu, Gədəbəy, Daşkəsən, Hacıkənd istiqamətlərində yollar buz bağlayıb, Şahdağ, Ləzə və Xınalıq istiqamətlərində yollar açıqdır.
“Qar ortüyü mənzərəsini seyr etmək istəyənlər üçün bildiririk ki, dekabrın 29-u səhər saatlarına olan müşahidələrə görə bu gün Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında 9-14 sm, Şamaxı, Mərəzə, Altıağac rayonlarında 2-10 sm, Quba, Qusar, Xaltan, Qırız rayonlarında 6-9 sm, Şahdağ və Xınalıqda 12 sm, Şəki, Sarıbaşda 28-30 sm qar örtüyü əmələ gəlib. Bu rayonlarda hava təmiz və şaxtalıdır.
Dağlıq rayonlarda gecə və səhər gözlənilən şaxtalı hava şəraitilə bağlı sürücülər diqqətli olsunlar”, - İ.İbrahimova bildirib.
Mənbə:> Oxu.Az