Balakəndə məktəb, Bakıda maşın yandı
Gecə saatlarında bir sıra yanğın hadisələri qeydə alınıb.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Balakən rayonunun Şərif kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 495 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət məktəb binasının yanar konstruksiyaları, sinif otaqları və inventarlar yanıb.
Məktəbin yaxınlıqda olan digər korpusu və anbar binası yanğından mühafizə olunub.
Digər bir yanğın isə paytaxtda baş verib.
Bakı şəhəri, Nərimanov rayonunda isə sahibi məlum olmayan "TOYOTA" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb, yüksək temperaturdan yaxınlıqdakı "MEDİLUX" klinikasının alkopandan ibarət divar üzlüyü 1 kv.m sahədə əriyib. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hər iki yanğının yanğınsöndürənlər tərəfindən qarşısı alınıb.
Mənbə:> ANSPRESS