Qəzaya uğramış təyyarədə 23 nəfər həlak olub
Rusiya mətbuatı yazır ki, Konqo Demokratik Respublikasında qəzaya uğramış “An-26” təyyarəsində 26 nəfər həlak olub.
Təyyarənin bu günlərdə keçiriləcək prezident, regional və bələdiyyə seçkiləri üçün bülletenləri daşıdığı məlum olub.
Daha öncə ölkədə səngimək bilməyən fövqəladə hallarla bağlı həmin seçkilər üç dəfə təxirə salınıb.
* * *17:30
Konqo Demokratik Respublikasında “An-26” yük təyyarəsi qəzaya uğrayıb.
Virtualaz.org “360” telekanalına istinadən xəbər verir ki, qəza nəticəsində təyyarədə olan beş ekipaj üzvü və bir sərnişin həlak olublar.
Ölkədəki Rusiya səfirliyindən bildirilib ki, böyük ehtimalla təyyarəni rusiyalı ekipaj idarə edib.
Mənbə:> Virtualaz.org