Dəmiryolu gücləndirilmiş iş rejiminə keçir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Dəmiryolu gücləndirilmiş iş rejiminə keçir

Dəmiryolu gücləndirilmiş iş rejiminə keçir

Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar olaraq rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, cəmiyyətin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni 2019-cu təqvim ili ərəfəsində gucləndirilmiş iş rejimində çalışır. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

Sərnişin sıxlığının artması ilə əlaqədar olaraq ölkədaxili və xaricə hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Qeyd edək ki, bayram günləri tarixlərinə (27, 28, 29 və 30 dekabr) ölkədaxilində hərəkət edəcək sərnişin qatarlarına kassalarda biletlər mövcuddur. Eyni zamanda həmin tarixlərdə Bakı-Tbilisi sərnişin qatarının Kupe və SV tipli vaqonlarına bilet satışı bitsə də, plaskart tipli vaqonlara kassalarda biletlər var. Bakı-Tbilisi sərnişin qatarında eləcə də 30 dekabr tarixinə kupe yerlərə də kassalardan bilet əldə etmək mümkündür.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *