Misirdə sarı jilet satışı qadağan edildi
Misirdə sarı jiletlərin pərakəndə satışı qadağan olunub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ölkə hökuməti həmçinin sarı jiletlərin topdansatışını nəzarətə götürmək niyyətindədir.
Qeyd edək ki, sarı jiletlər Fransada yanacağın qiymətinin artırılmasına kütləvi etirazların simvoluna çevrilib.
Misir hakimiyyətinin bu qərarı 2011-ci il kütləvi iğtişaşların ildönümü ərəfəsinə təsadüf etdiyi üçün bəzi mülahizələrə səbəb olub.
Mənbə:> Virtualaz.org