Sərnişin kostyumunu "Baku Bus"da unudub getdi
Noyabr ayında “Bakubus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan 6 ədəd mobil telefon, 5 ədəd çanta, 2 ədəd pulqabı, 1 nəfərə məxsus tələbə bileti, 1 ədəd içərisində sənədlər olan qovluq və 1 dəst kostyum sahibinə təhvil verilib.
Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, sahiblərinə çatdırılması üçün 15 sənəd, kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 12 sənəd isə “Poçtap” xidmətinə təhvil verilib.
Avtobuslarda tapılan və Elşad Fərhad oğlu Fikrətli, Mədinə Abbas qızı Nəcəfova, Səyyarə Cəlil qızı Qəhrəmanovaya məxsus şəxsiyyət vəsiqələri, Əminə Hacı qızı Mirzəyevaya məxsus şəxsiyyət vəsiqəsi və məcburi köçkün vəsiqəsi, Loğman Əsəd oğlu Əliyevə məxsus müharibə veteranı vəsiqəsi, Günay Yaqub qızı Babayevaya məxsus tələbə bileti, Azad Rzayevə məxsus oxucu kartı, Vüsal Əhmədov, Pərviz Nəcəfli, Zamiq Əhmədzadə, Zamiq Əhədzadə və Tamara Xalturinaya məxsus bank kartları, Rəşad Qasımova məxsus iş kartı, Gülşən Ramiz qızı Ağayevaya məxsus dövlət sosial sığorta şəhadətnaməsi, Rəvan Ramiz oğlu Balayev tərəfindən Hamiz Miralı oğlu Xancarova verilmiş etibarnamə “BakuBus” MMC-dədir. İçərisində Mahir Abdulla oğlu Kintayev, Novruz Pənahov, Türkan Fikrət qızı Məmmədova və İlqar Vəliyevlə Aybəniz Vəliyevaya məxsus sənədlər olan pulqabılar və içərisində Əfsanə İsmayılxan qızı Hüseynovaya məxsus sənədlər olan çanta, eləcə də sahibləri məlum olmayan əşyalar “BakuBus” MMC-də saxlanılır.
Vətəndaşlar “BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər. “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.
Mənbə:> Virtualaz.org