“Azərenerji” ASC cəmi 3 ayda 210 MVt itirilmiş gücü bərpa etdi » AzNews.info -Xəbər portalı


Bölmə: Sosial

“Azərenerji” ASC cəmi 3 ayda 210 MVt itirilmiş gücü bərpa etdi

“Azərenerji” ASC cəmi 3 ayda 210 MVt itirilmiş gücü bərpa etdi

Bu il iyulun 3-də Mingəçevirdə baş verən və ölkənin işıqsız qalmasına səbəb olan məlum hadisənin təkrar baş verməməsi üçün sentyabr ayından etibarən enerji sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpa olunması, sabit generasiya güclərinin təmin edilməsi məqsədilə “Azərenerji” ASC tərəfindən enerjisistemin kritik vəziyyətdən çıxarılması üçün hazırlanaraq ölkə Prezidentinə təqdim edilən “Reabilitasiya proqramı” əsasında artıq ciddi nətiçələr əldə edilib. Bu barədə “Azərenerji” ASC bildirir.

Belə ki, 780 MVt layihə gücündə olan “Cənub” ES-in qaz turbinlərini yüksək təzyiqli qaz yanacağı ilə təmin edən qaz kompressorları qeyri stabil işlədiyinə görə elektrik stansiya 260 MVt yük məhdudiyyəti ilə istismar edildiyi halda, stansiyanın qaz kompressorlarında olan nöqsanların aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib, əsaslı təmir işləri aparılıb. Görülən işlər nəticəsində stansiyanın yükü 520 MVt-dan 700 MVt-a qaldırılmaqla 180 MVt itirilmiş güc bərpa edilib. Müqayisə üçün qeyd edək ki, 180 MVt güc orta hesabla 5 rayonun elektrik enerji tələbatı miqyasındadır. “Cənub ES”-də aparılan planlı təmir işləri davam etməkdədir və yaxın zamanlarda yük məhdudiyyətinin tam aradan qaldırılması mümkün olacaq.

“Şimal ES”-də analoji olaraq aparılan təmir və bərpa işləri aparılıb. Nəticədə stansiyanın gücü 350 MVt-dan 370 MVt-a yüksəldilib. Eyni zamanda, “Şimal ES”-dən Abşeron regionunun enerji təminatını təmin edən elektrik verilişi xətlərində profilaktik təmir işləri aparılıb, stansiyanın təsirlənmə sistemində olan qüsur ABB şirkətinin nümayəndələrinin iştirakı həll edilib, nəticədə 20 MVt güc məhdudiyyəti aradan qaldırılıb.

“Bakı ES”-də yarımstansiyadan çıxan 110 kV-luq 3-cü və 4-cü “8 km” elektrik verilişi hava xətlərinin 2,1 km-lik hissəsinin naqillərinin, en kəsiyi böyük olan naqillərlə əvəz edilməsi nəticəsində xətlərin yük buraxma qabiliyyəti artırılıb və bununla da “Bakı ES”-də 10 MVt yük məhdudiyyəti aradan qaldırılıb. Nəticədə, stansiyanın yükü 80 MVt-dan 90 MVt-a çatdırılıb.

Hal-hazırda enerjisistem üzrə generasiya güclərinin, ötürücü şəbəkələrin, rele mühafizəsi və əks qəza avtomatikasının etibarlılığının artırılması, itirilmiş güclərin bərpa edilməsi istiqamətində “Reabilitasiya proqramı” əsasında yenidənqurma işləri davam etdirilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *