Avropa Oyunları - 2015-ə biletləri haradan əldə etmək olar? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Avropa Oyunları - 2015-ə biletləri haradan əldə etmək olar?

Avropa Oyunları - 2015-ə biletləri haradan əldə etmək olar?


Bu gün Park Bulvarda Bakıda keçiriləcək Avropa Oyunları - 2015-ə biletlərin satış məntəqəsinin açılışına həsr edilmiş tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, ümumilikdə 12 məntəqə olacaq, o cümlədən satışlar “McDonlads” restoranının filiallarında, Tofiq Bəhramov adına Respublika Sarayının kassalarında, Heydər Əliyev adına Sarayın kassalarında, “ASAN Xidmət”in Yasamal filialında və s. yerlərdə olacaq.

Biletləri həmçinin Avropa Oyunlarının baku2015.com rəsmi saytından əldə etmək olar.

Böyüklər üçün biletlər yarışın mərhələsindən, keçirilmə yerindən və tamaşaçı yerinin kateqoriyasından asılı olaraq 2-5 AZN arası olacaq.

Uşaqlar və 16 yaşına qədər gənclər, yanında şəxsiyyət vəsiqəsi və bileti olan böyüklərin nəzarəti ilə yarışlara pulsuz buraxılacaqlar.

Yeganə istisna hal Heydər Əliyev adına İdman və Konsert Kompleksində və Milli Gimnastika Arenasında keçirilən yarışlara olacaq, burada 16 yaşı olmayan izləyicilər üçün biletlərin qiyməti 1 manat olacaq.

Açılış mərasiminin biletlərinin qiymətləri 20 və 200 manat arası, bağlanış mərasiminin qiymətləri isə 10 və 100 manat arasındadır

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *