Moskvada işləyən azərbaycanlıların patent ödənişi artırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Moskvada işləyən azərbaycanlıların patent ödənişi artırıldı

Moskvada işləyən azərbaycanlıların patent ödənişi artırıldı

Moskva Şəhər Duması 2019-cu ildə əcnəbilərin Moskvada iş icazəsi üçün verdikləri patent qiymətini 500 (13 manat) rubl artırıb. Nəticədə, patent üçün aylıq ödəniş 5000 (130 manat) rubla yüksəlib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı dəyişikliklər dünən Moskva Şəhər Dumasında qəbul edilib.

Moskva İqtisadi Siyasət və Ərazi İşləri Departamentinin sədri Vladimir Yefimov patentin dəyərini artırma qərarının əcnəbilərin işlədikləri sahələrdə maaşların artma səbəbindən verildiyini deyib.

Qeyd edək ki, Moskvada əcnəbi işçi miqrantların patent alması məcburidir və 2017-ci il üçün qiyməti 4200 rubl (108 manat), 2018-ci ildə isə ayda 4500 rubl (116 manat) olub.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Moskvada 1,5 milyon əcnəbi işləyir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *