Azərbaycanda kütləvi aksiya: on minlərlə ağac əkildi – FOTO
Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında müxtəlif növ meyvə və həmişəyaşıl ağac tinglərinin paylanılması aksiyası bu dəfə bütün ölkə ərazisini əhatə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata əsasən, 17 noyabr 2018-ci il tarixində qurum tərəfindən keçirilən aksiya zmanı Gəncədə 2300, Sumqayıtda 2500, Şəkidə 3000, Şəmkirdə 2000, Tovuzda 2200, Qubada 2000, Şabranda 2300, Şirvanda 2200, Bərdədə 2000, Cəlilabadda 2200, Türkanda 2000 və Binədə 2500 ağac tingi paylanılıb. “Bir şagird bir ağac əksin və qorusun” devizi ilə orta məktəblərdə keçirilən aksiyada isə məktəblərə 80 min ting verilib.
Ağac əkilməsinin təşviqi məqsədilə 9,12 və 17 noyabr 2018-ci il tarixlərində keçirilən aksiyalarda respublika üzrə ümumilikdə 120 minə yaxın müxtəlif növ ağac tingi paylanılıb.
Nazirlik ümidvar olduğunu bildirir ki, paylanılan ağacları vətəndaşlar və məktəblilər əkəcək, onlara qulluq edəcək və qoruyacaqlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi payız əkini kampaniyalarına qoşulmağa, ağac əkməyə, ona qulluq etməyə və qorumağa çağırır.
Mənbə:> Virtualaz.org