Əfqanıstanda toy mərasimi raketlə vuruldu
Əfqanıstanın Vardak əyalətində evə düşən raket mərmisi 3 nəfərin ölümünə səbəb olub.
Oxu.Az-ın verdiyi xəbərə görə, raket zərbəsinin hədəfinə çevrilən evdə toy mərasimi keçirilirmiş.
Ölkədə daha bir qanlı hadisə Loqar əyalətində qeydə alınıb. İki məmurun olduğu avtomobil minaya düşüb. Partlayış nəticəsində məmurlar həlak olublar.
Mənbə:> Oxu.Az