Əfqanıstanda seçkilərin ikinci günü: Partlayışlar davam edir
Əfqanıstanın Nanqarhar əyalətində törədilən partlayış nəticəsində parlament seçkilərinin ikinci günündə 11 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, həlak olanlar arasında qadın və 6 uşaq var.
Eyni zamanda qeyd olunur ki, terror aktları vətəndaşları seçkilərdə iştirakdan yayındırmayıb.
Mənbə:> Oxu.Az