Əməkhaqqından gəlir vergisi ləğv oluna bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Əməkhaqqından gəlir vergisi ləğv oluna bilər

Əməkhaqqından gəlir vergisi ləğv oluna bilər

Azərbaycanda özəl qeyri-neft sektoru üzrə 8000 manata qədər əməkhaqqından gəlir vergisinin tutulmamasını təklif edirik. Bu zaman yalnız sosial sığorta haqqı 26 faiz tətbiq olunacaq. Bu da işəgötürənlə işçi arasında bölüşdürüləcək.

Bunu vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxş edərkən deyib.

2019-cu ildən Vergilər Məcəlləsində gözlənilən dəyişikliklər barədə danışan nazir müavini dəyişikliklərin bir neçə istiqamət üzrə olacağını nəzərə çatdırıb.

Onun sözlərinə görə, təklif edilən dəyişiklliklərdən biri özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi ilə bağlıdır: “Yəni, söhbət özəl qeyri-neft sektoru üzrə vergi yükünün azaldılmasından gedir. Əmək müqavilələrinin bağlanmaması, əməkhaqlarının real məbləğinin göstərilməməsi "kölgə iqtisadiyyatı"nın genişlənməsinə şərait yaradır”.

S.Məmmədxanov qeyd edib ki, aktiv vergi ödəyicilərinin 65 faizi sadələşdirilmiş vergi ödəyiciləridir: “Burada baş verən qanunsuzluqlar, işçilərin qeydiyyata alınmaması, əməkhaqlarının şəffaf göstərilməməsi nəticə etibarilə bu sahəyə güzəştlərin edilməsini önə çəkir. Təkliflərdə bu sahə üzrə güzəştlərin 7 il olması nəzərdə tutulur. Hazırda müzakirələr gedir, ona görə də bu müddət dəyişə bilər. Dövlət müəssisələri, bütöv neft sektorunu mövcud qaydada olduğu kimi saxlayırıq, yəni mövcud status qalır, əməkhaqqından gəlir vergisi 2500 manata qədər 14 faiz olacaq, 2500 manatdan yuxarı olduqda isə 25 faiz olacaq, 173 manatdan isə tutulmayacaq. Dövlət sektoru üzrə sosial sığorta haqlarının tətbiqi vəziyyəti də bu gün mövcud olduğu kimi qalacaq”.

Özəl qeyri-neft sahəsi üzrə baş verə biləcək dəyişiklik haqqında danışan S.Məmmədxanov deyib ki, bu gün mövcud vəziyyətdə 200 manat əməkhaqqı alan əməkdaşın maaşından 173 manat çıxdıqdan sonda qalan fərq 14 faizlə vergiyə cəlb edildiyi halda, gələn ildən bu olmayacaq: “Nəticədə 200 manata qədər əməkhaqqı alan hər bir vətəndaş mövcud vəziyyətdən daha yaxşı vəziyyətə düşür. Beləliklə, yeni sistemin tətbiqindən 3-4 manata yaxın güzəşt əldə edir. Eyni zamanda, məbləğ artdıqca ələ götürüləcək pul da artır. Məsələn, 500 manat maaşa görə işçi və işəgötürən 66 manata yaxın artıq vəsait götürəcək”.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *