Mingəçevirdə yelləncəyin kəndiri 9 yaşlı uşağın boğazına dolanıb
Mingəçevir şəhərində 3-cü sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb.
Şəhərin Sahil küçəsində həyətdə yelləncəkdə yellənən uşağın ehtiyyatsızlıqdan boğazına kəndir dolanıb. Köməksiz vəziyyətdə qalan 9 yaşlı Hüseyn Fariz oğlu Səmədov uşaq orada boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Virtualaz.org