Sürücülərin nəzərinə: Sabah pərdə və jalüz dövrü bitir
Noyabrın 16-da avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti başa çatır.
"Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir.
Hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilir. Sürücülər icazə müddətinin başa çatmasını nəzərə almalıdırlar.
Trend xatırladır ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar.
Mənbə:> Virtualaz.org