Bakı küçələrində süpürgəçilərin soyqırımı davam edir
Bakıda avtobus süpürgəçi qadını vuraraq öldürüb.
Hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. “Daewoo” markalı avtobus yolda təmizlik işləri aparan qadını vuraraq öldürüb.
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a deyib ki, bu gün səhər saatlarında paytaxtın Qara Qareyev prospektində Vurğuz Yavər oğlu Şirinovun idarə etdiyi “Hyundai” markalı, 90 BX 135 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yolda təmizlik işləri aparan, 1948-ci il təvəllüdlü Bəsti Dostəli qızı Eyvazovanı vurub.
Qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
Hadisəni törədən sürücü saxlanılıb.
Mənbə:> Virtualaz.org