Misirdə xristianlarla dolu avtobusa hücum etmiş 19 terrorçu məhv edilib
Misirin təhlükəsizlik qüvvələri ölkənin Əl-Minya əyalətində qibti xristianlarla dolu avtobusa hücum etmiş 19 terrorçunu məhv ediblər.
Misirin Daxili İşlər Nazirliyindən bildirilib ki, terrorçuların olduğu yer haqqında operativ məlumat alınandan sonra polis onların zərərsizləşdirilməsi üzrə əməliyyat keçirib. Əməliyyat nəticəsində bütün ekstremistlər məhv edilib.
Xatırladaq ki, noyabrın 2-də Əl-Minya əyalətində naməlum şəxslər Müqəddəs Samuil monastırına gedən qibti xristianlarla dolu avtobusu atəşə tutublar. Nəticədə 7 nəfər həlak olub, 10-dan çox insan yaralanıb.
Mənbə:> Virtualaz.org