Səkinin üstündə parklanma yerləri
Bakının Yasamal rayonu, Mətbuat prospektində avtomobillər üçün ayrılmış yerdə avtomobillərin park edilməsi əslində inzibati xəta hesab edilir.
Virtualaz.org xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.
Onun sözlərinə görə, bu ərazi piyadalar üçün nəzərdə tutulmuş səki olduğuna görə, orada avtomobil parklanması qanuna ziddir.
“Mətbuat prospektindəki bu parklanma yeri səkinin üstüdür və burdakı parklanma piyadaların hərəkətinə ciddi maneə yaradır. Bu kimi yerlərdə nəqliyyat vasitəsinin park edilməsi inzibati xəta hesab edilir. BNA tərəfindən Mətbuat prospekti də daxil olmaqla şəhərin hər hansı bir ünvanında parklanma yeri təşkil edilməyib”, - deyə M. Ağayev bildirib.
Mənbə:> Virtualaz.org