Keçmiş sevgilisinin evinə getdi, alnından vuruldu
Ötən gün Rusiyanın Lipetsk vilayətində 35 yaşlı azərbaycanlı qətlə yetirilib. O, odlu silahdan alın nahiyəsinə açılmış atəş nəticəsində dünyasını dəyişib.
Lipetsk vilayətinin hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həmyerlimiz keçmiş sevgilisinin evinə qonaq gedib. Həmin vaxt qadının qeyri-rəsmi münasibət qurduğu yeni sevgilisi də mənzildə olub. Birlikdə süfrə arxasında oturub yeyib-içiblər. Yeni sevgilisini qonağa qısqanan 52 yaşlı mənzil sahibi qəflətən silah çıxararaq onu alnından vurub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Mənbə:> Virtualaz.org