Yaponiya Bakıdan ehtiyat edir… » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Yaponiya Bakıdan ehtiyat edir…

Yaponiya Bakıdan ehtiyat edir…

World Expo ümumdünya sərgisinin keçirilmə yeri üzrə yekun səsverməyə bir aydan da az vaxt qaldı.

Virtualaz.org xatırladır ki, ən nüfuzlu tədbirlərdən birini qəbul etmək hüququ uğrunda Bakı, Yekaterinburq və yapon Osaka-sı mübarizə aparırlar. Yekun qərar 23 noyabrda Parisdə qəbul ediləcək.

Yapon nəşri The Japantimes-in yazdığı kimi, son ana qədər Osaka şəhəri bu mübarizədə açıq favorit idi. Bu onunla bağlı idi ki, əvvəlcə Paris yarışdan çıxdı, Yekaterinburq isə az qala Dubaya uduzacaqdı. Onda çox az adam Bakıya ciddi yanaşırdı.

Amma Bakıda keçiriləcək sərginin mövzusunun insan kapitalının gələcək inkişafı elan edilməsindən sonra hər şey kəskin şəkildə dəyişməyə başladı. Bu mövzu son nəticədə qəti qərarı qəbul etməli olan

Bir çox nümayəndələrin fikrinə təsir etdi.

Osakanın nümayəndələri Bakının namizədliyindən, hansı ki, yaxşı piar-kampaniya təşkil edib və Parisdə geniş əlaqələrə malikdir, ciddi şəkildə ehtiyat etməyə başladılar. Ancaq onlar ona ümid edirlər ki, insan hüquqların pozulmasına görə Azərbaycanın beynəlxalq tənqidə məruz qalması nəticədə öz işini görəcək və qələbəni Osaka qazanacaq.

Yaponiya Bakıdan ehtiyat edir…


Nəşr vurğulayır ki, Bakının təmsilçiləri nümayəndələrə müraciət ediblər. Onlar Ümumdünya sərgisinin artıq 1970-ci ildə Osakada keçirildiyini, bundan başqa, Yaponiyanın 2005-ci ilin World Expo-sunu qəbul etdiyini xatırladaraq, bu məqamları nəzərə almalarını xahiş ediblər.

Bu, Azərbaycan paytaxtının sərginin tamamilə yeni keçirilmə yeri kimi şanslarını artırır.

"Bakı çox güclü rəqibdir. Yaponiya, Azərbaycan kimi, sərginin keçirilməsi hüququ uğrunda sona qədər mübarizə aparacaq", - deyə Osakanın meri Xiroşimu Yoşimura jurnalistlərə bildirib.

Bakı Osakaya həm də beynəlxalq lobbiçilik etmə məsələsində uduzur. Neftin qiymətinin düşməsinə baxmayaraq, Bakının beynəlxalq məsləhətçilərin geniş şəbəkəsini, hansılar ki, onun maraqlarını təmsil edir, işə cəlb etmək imkanları var. Osaka şəhəri, öz növbəsində, mərkəzi hökumətin və Kansay İqtisadi Federasiyasının yardımına güvənir. Osakanın qubernatoru İçiro Matsui artıq Afrika nümayəndə heyətinin qarşısında təqdimatla çıxış edib və onları Yaponiyanın lehinə səs verməyə çağırıb.

Osakadan olan vəzifəli şəxslər indi ümid edirlər ki, Azərbaycanda insan hüquqları ilə bağlı beynəlxalq tənqid öz rolunu oynayacaq və nümayəndələr Bakının namizədliyinin xeyrinə səs verməyəcəklər. Yaponlar bu məqamı xüsusi qabardırlar ki, Osaka "təhlükəsiz seçimdir".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *