Azərbaycanda 6 vulkanın püskürəcəyi gözlənilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda 6 vulkanın püskürəcəyi gözlənilir

Azərbaycanda 6 vulkanın püskürəcəyi gözlənilir

Azərbaycanda yaxın aylar ərzində və 2019-cu ildə 6 vulkanın püskürəcəyi gözlənilir.

Bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, Abşeron yarımadasında Bozdağ Qobu, Ələt qəsəbəsində Bahar, Qobustanda Şəkixan, Nardaranaxtarma, Ayazaxtarma, Şıxzərli vulkanlarında püskürmənin olacağı ehtimal olunur.

Professor Bozdağ Qobu və Bahar vulkanlarında püskürmənin güclü ola biləcəyini də söyləyib.

A.Əliyev qeyd edib ki, Bozdağ Qobu vulkanı sonuncu dəfə 1999-cu ildə püskürüb və bu püskürmədən sonra toplanmış enerjinin çıxması üçün imkan yoxdur: “Əlbəttə, zəlzələ proqnozu kimi vulkan püskürməsinin də proqnozunu vermək çətindir. Amma püskürmənin olacağını ehtimal etmək olar. Adətən püskürmələr arasında vulkanın krater sahəsində mikroform qrupu (qrifon, sopka, salza) yaranır və Yer səthinə arası kəsilmədən qaz, su, palçıq, lehmə çıxır. Bu prosesin aktiv getdiyi ərazilərdə olan vulkanlar püskürmürlər, çünki onun enerjisi artıq çıxarılır. Amma Bozdağ Qobu vulkanında toplanmış enerjinin çıxması üçün imkan yoxdur. Buna görə də həmin vulkanın püskürməsi gözlənilir”.

Palçıq vulkanizmi şöbəsinin rəhbəri qeyd edib ki, fəaliyyəti zəifləyən Ələt qəsəbəsindəki Bahar vulkanının püskürməsinə onun yamaclarından torpaqların qazılaraq daşınması səbəb ola bilər.

Azərbaycanda hər il 2-3 vulkan püskürməsinin (xüsusilə quru sahədə) baş verdiyini xatırladan A.Əliyev qeyd edib ki, bəzi illərdə seysmikliyin artması ilə əlaqədar palçıq vulkanlarının da püskürməsi halları artır.

A.Əliyev bildirib ki, 2011-ci ildən palçıq vulkanlarının püskürməsi baxımından sakit vəziyyət müşahidə edilsə də, 2017-ci il Azərbaycanda vulkanların püskürməsinin aktivləşməsi ilə səciyyələnib. Keçən ilin yalnız birinci yarısında Abşeron yarımadasında (Otmanbozdağ, Lökbatan, Keyrəki) və Şamaxı-Qobustan rayonunda (Bozaaxtarma, Şixzərli, Qarıca və Şəkixan) 7 vulkan püskürüb: “Bu da rekord göstərici sayıla bilər. Həmin aktivliyin davamını biz bu il də müşahidə edirik. Bu il 5 vulkan (Şamaxı rayonunda Quşçu, Cənubi Qobustanda Torağay (2 dəfə), Hacıqabulda Axtarma-Paşalı, Qaradağda Otmanbozdağ) püskürdü”.

Alim qeyd edib ki, əslində Otmanbozdağ vulkanı 2017-ci ilin fevralında püskürdüyündən bu il onun püskürəcəyi gözlənilmirdi.

Vulkanların püskürməsinə dair məlumatlarda KİV-lərin və bununla bağlı məlumat verən mütəxəssislərin çox diqqətli olmasını da vacib sayan A.Əliyev bunu da əlavə edib ki, sonuncu dəfə bu il sentyabrın 23-də püskürən Otmanbozdağ vulkanı KİV-lərdə dünyanın ən böyük ikinci vulkanı kimi təqdim edildi, eyni zamanda həmin vulkanın püskürməsi zamanı palçığın 200 metrədək hündürə qalxması ilə bağlı yanlış informasiyalar verildi: “Otmanbozdağ vulkanı əslində, dünyada deyil, Azərbaycanda ən böyük vulkandır. Digər tərəfdən, vulkan palçıq kütləsini 200 metrədək hündürlüyə deyil, ən çoxu, 30-40 metr, nadir hallarda 50 metrə hündürlüyə atır, amma vulkanın alov sütununun hündürlüyü 200-300 metrə və daha hündürlüyə çatır”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *