Türkiyədə yaşayan minlərlə azərbaycanlının qeydiyyat problemi həll olunur » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Türkiyədə yaşayan minlərlə azərbaycanlının qeydiyyat problemi həll olunur

Türkiyədə yaşayan minlərlə azərbaycanlının qeydiyyat problemi həll olunur

Uzun müddətdir Türkiyədə yaşayan azərbaycanlılar sənədləri qaydasında olmadığına görə müəyyən məhdudiyyətlərlə üzləşiblər. Yerli mətbuatın məlumatına görə, bu ölkədəki azərbaycanlıların sayı 100 minə yaxındır.

Artıq problem həllini tapmaq üzrədir. Belə ki, şəxsiyyətini təsdiqləyən heç bir sənədi olmayan vətəndaşların qeydiyyatı aparılır. Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev açıqlamasında məsələnin mərhələli şəkildə həllini tapacağını bildirib.

Onu da qeyd edək ki, Baş konsulluq problemin həlli üçün gücləndirilmiş iş rejimində çalışır.

Konsulluq həftə içi hər gün səhər saat 9-dan 13-ə qədər sənədlərin qəbulunu, saat 3-5 arası isə sənədlərinin təhvilini həyata keçirir. Konsulluğun rəsmi saytında ətraflı məlumatlar da yerləşdirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, məsələ ilə bağlı konsulluq xidməti tərəfindən ciddi işlər aparılır və Türkiyə tərəfi də bu işdə lazımı dəstəyi göstərir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *