Türkiyədə xlordan kütləvi zəhərlənmə: 32 nəfər xəstəxanaya yerləşdirildi
Türkiyənin Qaziantep vilayətində kütləvi zəhərlənmə baş verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 32 nəfər xlordan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə idman komplekslərindən birində hovuz dezinfeksiya edildikdən sonra baş verib.
Zəhərlənən şəxslərdən 6 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, sonuncu dəfə Türkiyədə may ayında kütləvi zəhərlənmə faktı qeydə alınmışdı, həmin vaxt 81 hərbçi zəhərlənmişdi.
Mənbə:> Oxu.Az