Adnan Oktarın villası sökülür
İstanbul Böyükşəhər Bələdiyyəsinin nümayəndələri səhər saatlarında Adnan Oktarın villasını sökməyə başlayıb.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, daha öncə A.Oktarın bütün əmlakının müsadirə olunması barədə qərar çıxarılıb.
Qeyd edək ki, ötən gün onun villası və 23 tikilisi boşaldılıb.
Xatırladaq ki, A.Oktar və onun 235 tərəfdarı bu ilin iyul ayında saxlanılıb.
Mənbə:> Yeniçağ.az