Azərbaycanda nazirlik işçisi özünü asdı
Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidə, ağacdan asılı vəziyyətdə tapılıb.
Report-un məlumatına görə, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.
Qeyd edək ki, Ramiz Azaqov sentyabrın 23-də, səhər saatlarında Şəki şəhəri “Dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və geri dönməyib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Report