Ramil Usubov polis rəisini işdən çıxardı
Daxili işlər naziri Ramil Usubov polis rəisini işdən çıxarıb.
AzNews.info-nun Unikal.org-a istinadən məlumatına görə, nazir Ramil Usubov Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidovun işdən azad edilməsi ilə bağlı əmr imzalayıb.
Məlumatı Tərtər Rayon Polis Şöbəsindən təsdiqləyiblər.
Şöbədən bildirilib ki, hazırda rəis vəzifəsini polis polkovniki İlqar Fərəcov icra edir.
Mənbə:> Unikal.org