Həftəsonu hava necə olacaq?
Növbəti günlərdə ölkə ərazisində hava şəraitində dəyişiklik gözlənilmir.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, növbəti iki-üç gün ərzində ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq:
“Abşeron yarımadasında havanın arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənir. Mülayim cənub-şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu paytaxtda günorta saatlarında 23-26, bölgələrdə 25-26, dağlıq ərazilərdə isə 13-18 dərəcə arasında dəyişəcək”.
Gülşad Məmmədova qeyd edib ki, leysan xarakterli yağış gözlənilmir:
“Dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq”.
Mənbə:> Oxu.Az