Sentyabrın ilk günlərində hava şəraiti necə olacaq?
Növbəti günlərdə ölkə ərazisində hava şəraitində dəyişiklik gözlənilmir.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, sentyabrın əvvəlinə kimi ölkə ərazisində hava şəraiti sabit keçəcək:
“Əsasən, cənub-şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Yağmursuz hava olacaq. Havanın temperaturu paytaxtda 28-33, bölgələrdə 32-37, dağlıq ərazilərdə isə 20-25 dərəcə arasında dəyişəcək”.
Gülşad Məmmədova qeyd edib ki, Azərbaycanda anomal istilər müşahidə olunmayacaq.
Mənbə:> Oxu.Az