Metronu su basdı – VİDEO
Səhər saatlarından Bakıya yağan güclü yağış ciddi problemlər yaradıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, suyun səviyyəsinin 10-15 sm qalxması nəticəsində “Memar Əcəmi” metro stansiyasının yeraltı keçidini su basıb.
“Metropoliten və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə səyləri nəticəsində problem qısa müddətdə aradan qaldırılıb”, - deyə o bildirib.
B.Məmmədov bildirib ki, yeraltı keçidin su basması metronun işinə təsir etməyib.
Qeyd edək ki, bu gün Bakıda müşahidə olunan güclü leysan yağışları paytaxtda müxtəlif fəsadlara səbəb olub.
Mənbə:> Oxu.Az