Dolların qalxması metroda gediş haqlarına təsir edəcəkmi?
Metroda gediş haqlarını Tarif Şurası müəyyən edir.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev dolların qalxmasının “Bakı Metropoliteni”ndə gediş haqlarına nə qədər təsir edəcəyi barədə suala cavab olaraq bildirib.
O qeyd edib ki, “Bakı Metropoliteni”ndə gediş haqları ilə bağlı dəqiq bir söz demək mümkün deyil:
“Ümumiyyətlə “Bakı Metropoliteni”ndə gediş haqlarının qaldırılması müzakirə olunmur”.
Qeyd edək ki, bu gün Mərkəzi Bank manatın üzən məzənnə siyasətinə keçdiyini elan edib. Nəticədə dollar bir gündə 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.
Mənbə:> Oxu.Az