Azərbaycanlı bacılar İsveç parlamentinin deputatı seçiliblər – FOTO
Xəbər verdiyimiz kimi, ötən gün İsveçdə parlament seçkiləri baş tutub.
“Qafqazinfo” xəbər verir ki, seçkilərdə iki azərbaycanlı qadın da iştirak edib.
Belə ki, Aylin Fazelian “Sosial-demokrat “partiyasından İsveç parlamentinə, bacısı Ayda Kərimli isə “Mərkəz” partiyasından əyalət millət vəkili seçilib.
Xatırladaq ki, A.Fazelian 14 yaşından “Sosial-Demokrat Partiyası”nın fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyada qadınlar üzrə beynəlxalq təmsilçidir. O, 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub. Həmçinin onu da bildirək ki, A. Fazelian İsveç milli parlamentinə seçilən ilk azərbaycanlıdır.
Bacısı A. Kərimli uzun müddət bələdiyyədə işləyib. Həmçinin Mərkəz Partiyasının Gənclər Təşkilatının üzvü olub. O, Malmo universitetinin məzunudur.
Mənbə:> Qafqazinfo.Az