Yaponiyada 6.7 bal gücündə zəlzələ: 2 ölü, 125 yaralı, 39 itkin
Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. 125 nəfər xəsarət alıb, 39 nəfər itkin düşüb.
Bunu hökumətin baş katibi Yosixide Suqa mətbuat konfransında bildirib.
Adada elektrik təchizatı böyük miqyasda dayandırılıb. Bu səbəbdən 3 milyondan çox insan işıqsız qalıb.
Xatırladaq ki, çərşənbə günü Hokkaydo adasında 6,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri İbura rayonunda yerləşib. Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.
Mənbə:> AzNews.info