Tacikistan TIR sürücülərinə Azərbaycan sərhədini məsləhət gördü
Tacikistan Nəqliyyat Nazirliyi Türkmənistan sərhədində qalan yük avtomobillərinin (TIR) sürücülərinə İran-Azərbaycan sərhədindən keçməyi təklif edib.
“Sputnik-Tacikistan” xəbər verir ki, İran-Azərbaycan sərhədindən keçən TIR-ların sürücüləri Tacikistana Rusiya, Qazaxıstan və Özbəkistan ərazisindən keçməklə gedə bilər.
Qeyd edək ki, İran ərazisi ilə Tacikistana gedən yüklə dolu TIR-lar artıq bir həftədən çoxdur Türkmənistan sərhədini keçə bilmir. Buna səbəb Aşqabadın həmin TIR-lara ölkə ərazisinə keçməyə icazə verməməsidir.
Tacikistan Nəqliyyat Nazirliyi Türkmənistan tərəfinə rəsmi məktubla müraciət etsə də, cavab ala bilməyib.
Mənbə:> Virtualaz.org